XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2017 - 12:54

Ərdoğan Bakıda belə qarşılandı –Görüş qrafiki

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimi olub.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Türkiyə prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Sonra iki ölkənin himni səsləndirilib. Türkiyə prezidenti azərbaycanlı həmkarı ilə qarovul dəstəsinin önündən keçib, Azərbaycan əsgərini salamlayıb.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü, ardınca isə nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcək.