XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 13:52

Deputatdan hərraca etiraz:“Qiymətləri çox yuxarı qoyurlar”

Milli Məclisin bugünkü iclasında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 6.2-ci (Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan bəzi əmlak növlərinin özəlləşdirilməsi qadağandır) maddəsinin “Elm haqqında” qanuna uyğunlaşdırılması müzakirəyə çıxarılıb. 

Deputat Qüdrət Həsənquliyev qanuna yeni bəndin əlavə edilməsinə etiraz edib: “Mən dəfələrlə demişəm. Biz universitetləri özəlləşdirə bilərik və bu, lazımdır. Dövlətə məxsus ali təhsil müəssisələrini, səhiyyə müəssisələrini özəlləşdirmək lazımdır”. 

Deputat onu da əlavə edib ki, Əmlak Komitəsi bu gün 150-yə qədər dövlət əmlakını özəlləşdirməyə çıxarır:

“Amma hərrac keçiriləndən sonra görürük ki, onun cüzi hissəsi özəlləşdirilib. Səbəb isə budur ki, qiymətlər çox yuxarı qoyulur. Qiymətləndirmə çox yuxarı olur və 5 dəfə hərrac keçiriləndən sonra qiymətin cəmi 50 faiz aşağı salınmasına icazə verilir. Təklif edirəm ki, bu qanuna yenidən baxaq. Əgər əmlak birinci dəfə hərracda satılmadısa, növbəti hərracda qiymətin kifayət qədər aşağı salınmasına ehtiyac var. Dövlət əmlakının özəlləşdirilməsi mexanizmi sadələşdirilməlidir”. 

Qeyd edək ki, dəyişikliyə əsasən, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri də özəlləşdirilməsi qadağan edilən dövlət mülkiyyətində saxlanılan əmlak növlərinin siyahısına əlavə olunub. 

Layihə səsə qoyularaq qəbul edilib/Modern.az.