XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 14:24

Prezident İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü olub –FOTO

Oktyabrın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərimizin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb/Azərtac