XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 15:23

“Azərbaycanla birgə atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır” –Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 31-də Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında çıxış edib.

Strateq.az həmin çıxışı təqdim edir:

"Hörmətli Prezident, dəyərli heyət üzvləri.

Əvvəlcə, gəldiyimiz andan bəri göstərdiyiniz qonaqpərvərliyə görə həm adımdan, həm də nümayəndə heyətim adından çox təşəkkür edirəm.

Xüsusilə indi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır. Dünən 15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız, xalqlarımız gördülər. İnşallah, onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə, Londona getdikləri günləri də hamımız birlikdə görəcəyik və dualarını eşidəcəyik. Bu münasibətlə dəyərli qardaşım Sizə, həmçinin memarından mühəndisinə, podratçısına qədər bütün firmalara, əməyi olan bütün nazir yoldaşlarımıza çox təşəkkür edirəm.

Bu münasibətlə bu gün keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının da xeyirli olmasını diləyirəm.

Sağ olun".