XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 17:14

Ukrayna daxili işlər nazirinin oğlu saxlanıldı –Korrupsiya ittihamı

Ukrayna daxili işlər naziri Arsen Avakovun oğlu saxlanılıb.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri İlya Kiva xəbər verib.

O bildirib ki, Aleksandr Avakov Korrupsiya Əleyhinə Milli Büro əməkdaşlarının apardıqları axtarışdan sonra saxlanılıb.

İ. Kivanın sözlərinə görə, axtarış nəticə vermədiyindən Korrupsiya Əleyhinə Milli Büro əməkdaşları nazirin oğluna məxsus telefon və planşetləri götürüblər.

O əlavə edib ki, Aleksandr Avakov məhkəməyə aparılmalıdır.