XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 November 2017 - 00:09

Vaşinqtondan Rusiyaya daha bir sanksiya –Enerji sektoru ilə əməkdaşlığa məhdudiyyətlər qoyuldu

ABŞ-ın Maliyyə Nazirliyi amerikalılara bir sıra enerji layihələrində Rusiyaya köməklik göstərməyi qadağan edib.

Bu barədə İdarənin mətbuat xidmətinin məlumatında bildirilir.

ABŞ vətəndaşlarına, xüsusilə dərinsulu kəşfiyyat işlərində, Arktikada neft hasilatında və şist qazı ilə bağlı layihələrdə Rusiyaya köməklik göstərmək qadağan olunub.

Yeni Rusiyanın enerji sektoru ilə əməkdaşlığa tətbiq edilən yeni məhdudiyyətlər 29 yanvar 2018-ci il tarixindən başlayan layihələrə aid ediləcək/Report.