XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2017 - 10:36

Tramp göstəriş verdi- ABŞ-a gedən qaçqınların seçim proqramı sərtləşdirilir

ABŞ prezidenti Donald Tramp ölkəyə gələn qaçqınların seçim proqramını sərtləşdirmək barədə göstəriş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb.

O, bildirib: "Mən daxili təhlükəsizlik nazirliyinə hazırdada ekstremal olan seçimi proqramını sərtləşdirməyə göstəriş verdim".

Tramp bu göstərişin Nyu-Yorkda baş verən terror aktı ilə əlaqəsi olub olmadığı barədə məlumat verməyib.

Qeyd edək ki, oktyabrın 31-i Nyu-Yorkun mərkəzində yük maşını velosiped yoluna çıxaraq insanların üzərinə sürülüb. Hadisə nəticəsində 8 nəfər həlak olub və 10-dan çox insan yaralanıb. Şəhərin meri hadisəni terror aktı kimi dəyərləndirib. Yük maşınını idarə edən özbəkistanlı 29 yaşlı Sayfullo Saipov olduğu bildirilir. O, polislər tərəfindən saxlanılıb.