XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2017 - 10:07

Tramp özbək terrorçunun ödürülməsini istədi:"O, ölüm cəzasına layiqdir"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktında ittiham edilən şəxs ölüm cəzasına layiqdir.

Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"ində yazıb.

"Nyu-York terrorçusu özünün xəstəxanadakı palatasından İŞİD bayrağını asmasını xahiş etdikdə sevinirdi. O, 8 nəfəri öldürüb, 12 nəfəri ağır yaralayıb. Onun barəsində ölüm cəzası çıxarılmalıdır", – deyə ABŞ lideri yazıb.

Qeyd edək ki, hadisə çərşənbə axşamı, gündüz saatlarında baş verib. Nyu-Yorkda yük avtomobili Manhettenin cənub-qərbində velosiped yoluna çıxıb. Sürücü qarşısına çıxan velosipedçiləri vuraraq, bir neçə küçədən keçib. Hadisə zamanı 8 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

Hakimiyyət orqanları hadisənin terror aktı olduğunu bildirirlər. Hadisəni törədən şəxsin isə 29 yaşlı özbək əsili  miqrant olduğu açıqlanıb.