XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 13:21

Rəsmi Moskva ABŞ-ı hədələdi:"Əgər İranla razılaşmanı yox etməyə çalışsa, təcrid ediləcək"

"Əgər ABŞ İranla nüvə razılaşmasını yox etməyə davam etsə, ABŞ BMT Təhlükəsizlik Şurasında təcrid olunacaq".

Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski söyləyib.

“Qarşılıqlı ticarətdə dollardan imtina ideyası yeni deyil. Əgər ABŞ İranla nüvə razılaşmasını yox etməyə çalışsa, o zaman təcrid ediləcək. Bu daha çox BMT Təhlükəsizlik Şurasında özünü göstərəcək”, – deyə o, bildirib.

Qeyd edək ki, bundan öncə İranın Ali dini lideri Əli Xamenei Rusiya və İranın ABŞ-ı təcrid etmək gücündə olduğunu açıqlamışdı. O, iki ölkə arasındakı ticarətdə dollardan imtina edilməsi gərəkdiyini bildirmişdi/Axar.az.