XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

02 Noyabr 2017 - 18:24

Nazirlik və “BakıBus”da rəsmi maliyyə yoxlaması –  Parlamentə təqdimat göndərildi

Bu gün Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Strateq.az Palataya istinadən xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunub:

1. "BakıBus”  Məhdud Məsuliyyətli  Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair;

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin formalaşması və istifadəsinə dair.

İclasında hər bir nəzarət tədbiri üzrə qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub:

"Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb".

İclasda, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilərək, müvafiq qərarlar qəbul edilib.