XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 23:50

FED-ə yeni rəhbər təyin olundu –Tramp 5 namizəd arasından Cerom Paueli seçdi + FOTO

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yelleni öz vəzifəsinə təsdiq etməyib. 

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, Tramp FED-in yeni rəhbəri postuna Cerom Paueli təyin edib. O, hazırda FED-in İdarəetmə Şurasının üzvüdür.

Qeyd edək ki, ABŞ qanunvericiliyinə əsasən, FED-in yeni rəhbərinin təyinatı Senat tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, ötən həftə Tramp FED-in rəhbərliyinə 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini açıqlamışdı.

Bunlar FED-in hazırkı başçısı Canet Yellen, ABŞ Milli İqtisadiyyat Şurasının direktoru Qeri Kon, FED-in İdarəetmə Şurasının üzvü Cerom Pauel, FED-in sabiq İdarəetmə Şurasının üzvü Kevin Uorş və Stenford Universitetinin əməkdaşı, iqtisadçı Con Teylor idi.

Strateq.az