XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Noyabr 2017 - 19:30

Trampdan daha bir gözlənilməz qərar –ABŞ MHŞT-dən çıxdı

ABŞ, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü (MHŞT) tərk edib. Bu barədə dünən ABŞ Daxili İşlər Nazirliyi MHŞT-nin idarə heyətinin sədri Frederik Reynfeldə müvafiq məktub göndərib.

Strateq.az "Ödədiyini açıqla" təşkilatının saytına istinadən xəbər verir ki, məktubda  MHŞT-də fəaliyyətini davam etdirsə də, ABŞ-ın bundan sonra mineral ehtiyatların hasilatı sahəsində işləyən şirkətlərin öz gəlirlərini açıqlaması praktikasını  tətbiq etməyəcəyi bildirilib. 

Xatırladaq ki, neft, qaz və mineral ehtiyatlarla zəngin olan bir çox ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunur. “Resurs lənəti” adlanan bu hal çox vaxt şirkətlərin hökumətə təqdim etdiyi ödənişlər və hökumətin şirkətlərdən daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı ilə səciyyəvi olur. MHŞT məhz bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür.

Şəffaflıq təşəbbüsü dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində bu cəhdlərin həyata keçirilməsinin nəticəsi olaraq 2002-ci ilin sentyabrında keçirilən dünya sammitində irəli sürülüb. MHŞT 2002-ci ilin sentyabrında Yohannesburqda Dayanıqlı İnkişaf üzrə Dünya Sammitində bəyan edilmişdir. 2003-cü ilin iyunun 17-də, Londonda, Lankaster Hauzda keçirilmiş MHŞT üzrə 1-сi Beynəlxalq Konfransda MHŞT prinsiplər toplusu qəbul edilib.

Bu 12 prinsip iki əsas şərt üzərində müəyyənləşdirilmişdir:

Hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər üçün “Ödədiyini dərc etdir”;

Hasilat sənayesi ilə məşğul olan ölkələrin hökumətləri üçün“Aldığını dərc etdir”.

2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə 1-ci Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan edib. 

Bu il martın 8-9-da Boqotada (Kolumbiya) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında Azərbaycan təşəbbüsdən çıxdığını bəyan edib.