XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

04 Noyabr 2017 - 04:18

Kanada Rusiyaya qarşı sanksiyalara qoşuldu –30 rusiyalı siyahıya salındı, aralarında İstintaq Komitəsinin sədri də var

Kanada "Maqnitski qanunu"na müvafiq şəkildə 30 rusiyalıya qarşı maliyyə sanksiyaları elan edib.

Strateq.az Azadlıq Radiosuna istinadla bildirir ki, Kanada "Maqnitski qanunu"nu ABŞ-ın eyni adlı qanununa uyğun şəkildə qəbul edib və rusiyalılara qarşı sanksiyalar da ABŞ-ın sanksiyaları ilə, demək olar, eyniyyət təşkil edir.

Kanadanın sanksiyalar siyahısına Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin də adı daxil edilib. Sanksiyalar siyahısında Rusiyanının Daxili İşlər Nazirliyinin və vergi agentliyinin, habelə prezident Maduro başda olmaqla Venesuela rəsmilərinin də nümayəndələrinin adları var.

Rusiya rəsmiləri bundan əvvəl xəbərdarlıq etmişdilər ki, Kanada "Maqnitski qanunu"nun əsasında sanksiyalar elan etsə, Moskva buna cavab verəcək. Buna baxmayaraq, rəsmi Moskvadan hələ ki açıqlama olmayıb.