XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 13:57

DTX açıqladı:"Azərbaycan vətəndaşlarını xarici xidmət orqanlarına satan casus tutulub"

Dövlət Təhlükəsizlik Xidmətinin araşdırmaları nəticəsində Azərbaycan Respublikası vətəndaşlarını ölkədən çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Sultanov Miryusif Mirmahmud oğlu saxlanılıb.

Strateq.az DTX-ya istinadən xəbər verir ki, M.Sultanov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.