XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 21:11

PKK-çılar Almaniyanı bir-birinə qatdı –Polis yürüşə müdaxilə etdi, xəsarət alanlar var + FOTO

Almaniyanın Düsseldorf şəhərində aksiya keçirən PKK terror təşkilatının tərəfdarları polisə hücum edib.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin dəmiryolu vağzalının qarşısından yürüşə başlayan PKK tərəfdarları  terror fəaliyyətinə görə Türkiyədə ömürlük həbsdə olan Öcalanın posteri ilə terror təşkilatının bayraq və emblemini nümayiş etdiriblər.

Polis aksiya iştirakçılarından qadağan edilmiş poster və bayraqların yığışdırımasını tələb etsə də, aksiyaçılar buna məhəl qoymayb. Bundan sonra polis aksiyaya müdaxilə edib.

Etirazçılara qarşı gözyaşardıcı və digər vasitələrdən istifadə edilərək, yürüşü dağıdılıb: "Həmin an PKK tərəfdarları polisə bayraq ağacları və su butulkaları ilə hücum ediblər. Nəticədə polis "TOMA" suvaranları ilə etirazı sərt formada dağıdıb. Bir neçə aksiya iştirakçısı yaralanıb, xeyli saxlanılan var".

Məlumata görə, polis müdaxiləsindən sonra kiçik qruplarla dağılan şəhərə dağılan PKK tərəfdarları bəzi küçələrdə dağıntılara yol veriblər.

Strateq.az