XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 17:14

Mehriban Əliyeva: “Fərq etməz, qonaq bir nəfərdir, ya min” – MÜSAHİBƏ

Mehriban_Aliyeva.jpg

“Azərbaycanda Avropa Oyunlarının qonaqları və iştirakçıları üçün maksimum rahat şərait yaratmağa çalışacağıq”.

Strateq.az” “Report”a istinadən bildirir ki, bu barədə TASS agentliyinə eksklüziv müsahibəsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirib.

Yarışlar 12-28 iyun tarixlərində Bakıda keçiriləcək.

“Biz hazırlıq planında son mərhələdəyik. Planlaşdırılan hər bir iş görülüb. Birini çıxmaq şərti ilə bütün idman kompleksləri inşa olunub. Açılış mərasiminədək bir neçə sınaq yarışlarının keçirilməsi qalıb”.

Mehriban Əliyevanın sözlərinə görə, hazırki mərhələdə açılış mərasiminə gərgin hazırlıq prosesi gedir. “Bu Oyunlar gələcəyin standartlarını müəyyən edəcək. Ona görə biz bu işə məhz bu nöqteyi nəzərdən yanaşdıq”, – deyə Azərbaycanın birinci xanımı bildirib.

“Bizim məqsədimiz bütün idmançı və nümayəndə heyətlərinin özlərini çox rahat hiss etmələri və onların hazırlığı üçün ən yüksək şəraitin yaradılmasıdır”, – deyə Təşkilat Komitəsinin sədri əlavə edib. Birinci xanım diqqətə çatdırıb ki, qonaq qəbul etmək Azərbaycan xalqının qanında, genində var. “Fərq etməz, qonaq bir nəfərdir, ya min”, – deyə o əlavə edib.

“Biz bu dövrdə çox geniş mədəni proqram hazırlamağa çalışdıq. Bu öz ölkəni göstərmək üçün böyük şansdır”, – deyə Əliyeva qeyd edib.

Onun sözlərinə görə, “idmana yatırılan istənilən böyük sərmayələr uzunmüddətli perspektivdə əhəmiyyət kəsb edir”. “Sonda onlar cəmiyyətə, onun hər bir üzvünə fayda gətirməlidir”, -deyə o söyləyib.