XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

06 Noyabr 2017 - 21:43

Türkiyə də viza qadağasını qismən qaldırdı –Rəsmi Ankara ABŞ-a oxşar cavab verdi

Türkiyənin ABŞ-dakı diplomatik nümayəndəlikləri bu ölkəyə vizalarının verilməsini qismən bərpa edib

Bu barədə “Milliyet” Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.  

“Reuters”in bundan əvvəl yaydığı məlumata görə, ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri bu gün “məhdud sayda” vizaların verilməsini bərpa edib. Məlumata görə, Amerika hökuməti bu addımı Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-da səfəri ərəfəsində atmağa qərar verib.

B.Yıldırım 7-11 noyabr tarixlərində baş tutacaq səfər zamanı ABŞ-ın vitse-prezidenti Maykl Penslə danışıqlar aparmaq niyyətindədir. Görüşdə həmçinin viza məsələsinin müzakirə olunacağı gözlənilir. 

Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal oktyabrın əvvəlində FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanmasından sonra başlayıb. ABŞ səfirliyi məsələdən narahatçılıq keçirdiyini, ittihamların əsassız olduğunu və M.Topuzun saxlanılmasının iki ölkənin tərəfdaş əlaqələrinə mənfi təsir etdiyini bildirib.  

Qalmaqal Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsinin tam dayandırılması ilə nəticələnib/APA.