“Bu, harada baş verməsindən asılı olmayaraq, korrupsiya və rüşvətxorluğa qarşı həyati əhəmiyyətli mübarizənin başlanğıcıdır”.
Bunu Səudiyyə Ərəbistanının baş prokuroru Şeyx Səud Mojeb noyabrın 5-də kralııqda 11 şahzadənin, fəaliyyətdə olan 4 nazirin və 39 keçmiş hökumət üzvünün həbsi ilə bağlı məsələni şərh edərkən bildirib.
Məlumata görə, həbs edilən şəxslərin bank hesabları dondurulub.
Baş prokuror istintaqın birinci mərhələsinin başa çatdığınıdeyib: “Çoxlu dəlil-sübut toplanıb. Əhatəli istintaq aparılır. İş üzrə tutulan bütün şübhəlilərlə bağlı araşdırma və məhkəmə prosesi şəffaf keçiriləcək”.
Qeyd edək ki, həbs edilənlər arasında milyader əl-Valid bin Talal ibn-Əbdüləziz əs-Səud da var/Report.