Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynada hakimiyyəti dəyişdirə biləcəyini açıqlayıb.
O, bunu Kiyevdə Ali Rada qarşısında keçirilən etiraz aksiyası zamanı bəyan edib.
M.Saakaşvili deyib ki, Ukrayna hökumətinin etirazçıların tələblərini yerinə yetirməyəcəyi təqdirdə, o, axşam saatlarında hakimiyyətin dəyişdirilməsi ilə bağlı planlarını açıqlayacaq/Trend.