XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2017 - 21:05

DTX-nın Akademiyası ilə bağlı dəyişiklik –Rəisin vəzifə maaşı azaldıldı + Sərəncam

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının fəaliyyətinin təmin edilməsinin bəzi məsələləri haqqında” qanuna dəyişikliklə bağlı sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının fəaliyyətinin təmin edilməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 dekabr tarixli 275 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 721) aşağıdakı dəyişikliklər edilib:

1. Adında və preambulasında “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

2. 1-ci hissəsində “Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının rəisinin vəzifə maaşı Azərbaycan Respublikası milli təhlükəsizlik naziri müavininin” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisinin vəzifə maaşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti aparatının baş idarə rəisinin” sözləri ilə əvəz edilsin.

3. 2-ci, 3-cü və 4-cü hissələri ləğv edilsin”.