XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 13:39

Səudiyyə Ərəbistanı:"Korrupsiyada təqsirləndirilən şəxslərə aid şirkətlərin hesabları dondurulmayacaq"

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə saxlanılan şahzadələrin və vəzifəli şəxslərin bank hesablarının dondurulması qərarı onlara aid kompaniyalara şamil edilməyəcək. Bu barədə məlumat ölkənin pul dövriyyəsi agentliyi tərəfindən verilib.

Şübhəlilər barədə məhdudlaşdırıcı tədbirlərin məhkəmənin qərarınadək qüvvədə qalacağını və yalnız şəxsi aktivlərə aid olacağını qeyd edən krallığın Mərkəzi Bankı hüquqi şəxslərin leqal bank kanalları vasitəsilə hər hansı maliyyə köçürmələrinə heç bir məhdudiyyət qoyulmadığını da bildirib.

Xatırladaq ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında korrupsiya əleyhinə kampaniya çərçivəsində hakim ailədən olan 11 şahzadə, 4 nazir, həmçinin onlarla sabiq məmur və biznesmen saxlanılıb. Onların arasında dünyanın ən zəngin insanlarından biri – “Citigroup” və “Apple” kimi kompaniyaların səhm paketlərinə sahib olan şahzadə əl-Valid bin Talal da var. Forbes nəşrinin məlumatına görə, onun varidatı 19 milyard dollar məbləğində qiymətləndirilir.

Kral Salman bin Abdul Əziz Əl Səudun fərmanına əsasən yaradılan və varis şahzadə Məhəmməd bin Salmanın başçılıq etdiyi korrupsiya ilə mübarizə komitəsi sui-istifadə hallarında ittiham edilən şəxslərin bank hesablarını açmaq, onların aktivlərini və vəsaitlərini dondurmaq hüququna malikdir(azərtac).