XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 16:14

Şəhriyar Məmmədyarov:"Rusiya şahmatçıları favorit hesab olunsalar da, onları məğlub etməyi bacardıq"

Artıq üçüncü dəfədir Avropa çempionu oluruq. Düzdür, ilk çempionluqla indiki arasında böyük fərq var. Amma yenə də bu, bizi sevindirir.

Azərtac xəbər verir ki, bu sözləri noyabrın 8-də şahmat üzrə üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov milli komandamızın qitə birinciliyinin qalibi olması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

Şahmatçı deyib: “Çempionat gərgin idman mübarizəsi şəraitində keçdi. Komandamız yarışa çox ciddi hazırlaşmışdı. Rusiya yığması turnirin favoriti hesab olunsa da, biz onları məğlub etməyi bacardıq. Qazanılan uğur münasibətilə xalqımızı təbrik edirəm”.