XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

08 Noyabr 2017 - 23:35

Stoltenberq:“NATO-da iki yeni komandanlıq yaradılacaq”

NATO-ya üzv ölkələrin müdafiə nazirləri iki yeni komandanlığın yaradılmasına qərar veriblər.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Bu gün biz NATO-nun uyğunlaşdırılmış komanda strukturunun sxemini razılaşdırdıq. Bu, gələcək işin əsasını təşkil edəcəkdir”, deyə baş katib bildirib.

Onun sözlərinə görə, komandanlıqlardan biri Atlantik okeanda nəqliyyat yollarının təhlükəsizliyini, digəri isə – Avropada canlı qüvvə və texnikanın hərəkətini təmin edəcək.

Y.Stoltenberq həmçinin bildirib ki, NATO nəzdində kiber əməliyyatların keçirilməsi üzrə mərkəz yaradılacaq.  

“Kiber imkanların istifadəsi beynəlxalq hüquqa uyğun olaraq həyata keçiriləcək”,  deyə baş katib qeyd edib/APA.