XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

09 Noyabr 2017 - 10:26

Ukraynaya 350 milyon dollarlıq hərbi yardım olunacaq –Senat və Konqres razılaşdı

ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər.

Bu barədə TASS agentliyinə Senatdakı mənbə bildirib.

“Bəli, bu, son rəqəmdir. Ukraynaya hərbi yardımla bağlı təklif Senat və Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq”, deyə mənbə bildirib.

Qeyd edək ki, hərbi yardımın verilməsi ilə bağlı yekun qərar Dövlət Departamenti və Pentaqon tərəfindən verilməlidir/APA.