Rusiya və ABŞ prezidentlərinin görüş vaxtı məlum olub.
Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla noyabrın 10-da Vyetnamda görüşəcəyini bildirib: "Hazırda görüşün saatı razılaşdırılır".
Qeyd edək ki, Vyetnamda Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) yubiley – 25-ci sammiti keçiriləcək.