XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Noyabr 2017 - 15:22

Putinin rəqibi:"Rusiyaya qarşı sanksiyaları dəstəkəyirəm..."

Rusiya prezidentliyinə namizədliyini irəli sürəcəyini deyən rusiyalı məşhur teleaparıcı Kseniya Sobçak ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib.

Bunu CNN televiziyasına müsahibəsində Sobçakın özü söyləyib.

“Məncə, Rusiya yaranan dəhşətli beynəlxalq münasibətlərə görə məsuliyyət daşıyır. Biz beynəlxalq hüququn normalarını pozmuşuq. Beynəlxalq hüquqa əsasən, Krım Ukraynanındır. ABŞ öz sanksiyalar siyasətində Rusiya hökuməti ilə adi vətəndaşları fərqləndirməlidir. Mən Rusiyaya qarşı sanksiyaları dəstəkləyirəm. Lakin bu gün rus xalqını da onun dəstəkləmədiyi bir insanın siyasətinə görə cəzalandırmaq doğru deyil”, – o, bildirib/Axar.az.