XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2017 - 16:49

Putinlə Ərdoğanın hansı mövzuları müzakirə edəcəyi məlum oldu –Kremldən açıqlama


Rusiya və Türkiyə prezidentləriVladimir Putin və Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə görüşəcəklər.

Kremlin mətbuat xidməti iki liderin terrorçuluğa qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb.  
 
"Noyabrın 13-də Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə işgüzar səfərə gələcək. Regional və beynəlxalq problemlər, o cümlədən Suriya münaqişəsinin nizamlanması və terrorçuluğa qarşı birgə mübarizə barədə fikir mübadiləsi aparılacaq", – deyə Kremlin mətbuat xidmətindən bildirilib. O da qeyd olunub ki, prezidentlər ikitərəfli əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.  (APA)