XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2017 - 12:57

DİN Bakıdakı yanğın barədə məlumat yaydı:"Polis mayoru xəstəxanaya yerləşdirilib"

DİN Bakıda baş vermiş yanğın hadisəsi barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.

FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.