XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

11 Noyabr 2017 - 15:08

Avropa İttifaqı:"Qarabağ münaqişəsinin tənzimlənməsində Minsk qrupunun fəaliyyətinə tamamilə etibar edirik"

“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətinə tamamilə etibar edir”.

“Report”un məlumatına görə, bu, Avropa İttifaqının (Aİ) ATƏT-dəki nümayəndəliyinin yaydığı bəyanatda bildirilib.

“Avropa İttifaqı bir daha bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində BMT-nin Nizamnaməsinin və Helsinki Yekun Aktının prinsiplərinə sadiqdir. Avropa İttifaqı sabitlik və çiçəklənmə, eləcə də bölgədə demokratiya və qanunun aliliyinin, xüsusi ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində güclədirilməsində tərəflərlə sıx əməkdaşlıq edəcək”, -deyə bəyanatda vurğulanıb.