XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2017 - 16:37

Putin Trampla görüşünün təxirə salınmasından danışdı:“Bu onu göstərir ki..."

“Bu onu göstərir ki, Rusiya ilə ABŞ arasında münasibətlər böhran vəziyyətindən çıxmayıb”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Vyetnamda Asiya- Sakit okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində nəzərdə tutulan görüşünün təxirə salınmasını şərh edərəkən deyib.

“Biz bu səhifəni çevirib, gələcəyə baxmağa, ABŞ və Rusiya xalqlarının maraqları naminə problemləri həll etməyə, konkret ciddi iqtisadi əlaqələri davam etdirməyə hazırıq”, – deyə V.Putin vurğulayıb.

Qeyd edək ki, APEC-in sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilib. Kremlin mətbuat xidməti toplantı çərçivəsində D.Trampla V.Putin arasında görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yaymışdı. Ancaq tədbirin başlamasına bir gün qalmış Ağ ev prezidentlər arasında ayrıca görüşün olmayacağını açıqladı. Sammitdə Donald Trampla Vladimir Putin yalnız salamlaşıb.