XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2017 - 00:22

Türkiyə müdafiə naziri Rusiyadan S-400 raketlərinin alındığını açıqladı:"O iş artıq bitdi"

Türkiyə Mili müdafiə naziri Nurəddin Canikli Rusiyadan S-400 raket kompleksinin rəsmən alındığını açıqlayıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, ölkəsinin müdafiə sistemini gücləndirmək üçün böyük işlər görüldüyünü deyib: "Məsələn, Rusiyadan S-400 raketləri alınıb. O iş bitdi. Ancaq bununla kifayətlənmək fikirimiz yoxdur. Özümüzün müdafiə sistemimizi inkişaf etdirmək üçün EUROSAM şirkəti ilə işləyirik. İstəyirik ki, bütün texnoloji avadanlığı Türkiyəyə mənsub olan yeni sistem yaradaq".

Strateq.az