İŞİD müftisi İraq Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürülüb .
“RİA Novosti”nin verdiyi xəbərə görə, hadisə Rava şəhəri yaxınlığında qeydə alınıb.
Məlumata görə, zərbələr nəticəsində İŞİD-in Anbar əyaləti üzrə müftisi Əbu əl Mühacir ölüb. Hücum nəticəsində onu müşayiət edən 2 terrorçu və bir neçə nəqliyyat vasitəsi məhv edilib.
İŞİD başçılarından biri olan Əbu əl Mühacir qruplaşmanın bölgədə fəaliyyətinə görə məsuliyyət daşıyıb/APA.