Respublikaçı senator Con Makkeyn ABŞ Prezidenti Donald Trampı Putinə inandığına görə "sadəlövh" adlandırıb.
Makkeynin belə bir açıqlama verməsinə səbəb isə Trampın Putinlə görüşdən sonra "Rusiya prezidenti Moskvanın ABŞ-dakı seçkiyə müdaxilə etmədiyinə məni yenidən əmin etdi" bəyanatı olub.
Xatırladaq ki, Tramp Rusiyanın ABŞ-da seçkiyə müdaxilə etməsi barədə məsələnin iki ölkənin münasibətlərinin qaydaya salınmasına mane olmaq üçün süni şəkildə ortaya atıldığını da deyib/Teleqraf.com.