XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2017 - 12:40

İraq ordusu yerli tayfalarla birgə İŞİD-dən daha bir rayonu azad etdi –Açıqlama

İraqın hökumət qüvvələri böyük Ər-Ruman rayonunu İŞİD terror qruplaşması yaraqlılarından azad edərək Ənbar əyalətinin qərbində Suriya ilə sərhədə çıxıb.

Bu barədə şənbə günü ekstremistlərə qarşı aparılan əməliyyatların komandirlərindən biri olan general Əbdül Əmir Rəşid Yaralla bildirib.

"7-ci piyada diviziyası və 8-ci motoatıcı diviziyanın hissələri yerli tayfaların dəstəyi ilə Fərat çayını keçərək onun sahillərini birləşdirən körpünü ələ keçirib və Ər-Ruman rayonunu tamamilə azad ediblər. Qoşunlar həmçinin 9 kəndi ələ keçiriblər, İraq-Suriya sərhədinə çıxıblar və irəliləməkdə davam edirlər", – deyə "Əs-Sumariya" telekanalı onun sözlərini sitat gətirib/Report.