Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında vahid aviasiya məkanı haqqında saziş yaxın zamanlarda imzalana bilər.
Bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, saziş üzərində işlər davam edir: "Sazişin noyabrın 24-ü Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində imzalanacağı istisna olunmur".