XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2017 - 15:34

Rəsmi Tehrandan Bəhreynin ağır ittihamına reaksiya:"Belə "uşaq ittihamı oyunları”nın zamanı çoxdan başa çatıb"

İran ötən cümə günü Bəhreyndə neft kəmərində törədilən partlayışla bağlı ittihamı rədd edib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib ki, Bəhreynin rəsmi şəxsləri istənilən olaydan sonra günahı İranda axtarır.

Bunu absurd sayan B. Kasemi belə "uşaq ittihamı oyunları”nın zamanının başa çatdığını bildirib:"Biz həmişə bəyan etmişik ki, İranın təhlükəsizliyi və sabitliyi bütün qonşu ölkələrin təhlükəsizliyi və sabitliyindən asılıdır”.

Qeyd edək ki, noyabrın 10-da axşam Səudiyyə Ərəbistanı və Bəhreyn arasındakı neft kəmərində yanğın baş verib. Bəhreynin Hamad şəhərində neft kəmərində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Bəhreyn Daxili İşlər Nazirliyi yanğının təxribat nəticəsində baş verdiyini açıqlayıb. Bəhreyn Xarici İşlər Nazirliyi Xaled ben Əhməd əl-Xəlifə İranı təxribat törətməkdə günahlandırıb.