Bu gün Türkiyənin Şırnak bögəsində PKK-ya qarşı yeni əməliyyat keçirib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində daha 3 PKK terrorçu məhv edilib.
Məlumatda bildirilib ki, terrorçuların təmizlənməsi əməliyyatları intensiv şəkildə davam etdirilir.
Onu da qeyd edək ki, bu gün Türkiyənin Ağrı bölgəsinin Tendürek dağında PKK terorçularının türk əsgərini vurmaq üçün havaya qaldırdığı bomba yüklü "Dron" da vurulub.
Məlumata görə, PKK son həftələr İŞİD terrorçularının istifadə etdiyi "Dron"larla türk ordusuna zərər vurmağa cəhd edir: "Türk əsgəri ilə üzbəüz döyüşməkdən qaçan PKK artıq İŞİD-in taktikasından istifadə etməyə çalışır".
Strateq.az