XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Noyabr 2017 - 21:55

Binəli Yıldırımdan Rusiyadan alınan yeni silahla bağlı açıqlama:"S-400 üstünlük deyil, zərurətdir"

"Rusiya ilə S-400 zenit-raket komplekslərinin tədarükünə dair sövdələşmə zərurətdən irəli gəlir".

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

"S-400 üstünlük deyil, zərurətdir", — deyə "Bloomberg" onun sözlərini sitat gətirib.

Baş nazir qeyd edib ki, Türkiyə ABŞ və NATO-nun bənzər sistemlərinə ümid edirdi, lakin bütün təkliflər qoyulan şərtlərlə uyğun gəlmədi.

"Bizim gözləntilərimizə cavab verən təklif olmadı. Nəhayət, biz Rusiya ilə saziş bağladıq", — deyə Yıldırım bildirib/Report.