XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

14 Noyabr 2017 - 12:10

Ermənistan ordusunun topçuları öz hərbi hissələrini bombalayıb –Təfərrüat

Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan orudsunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar. 

Strateq.az "Report"a istinadən xəbər verir ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb.

Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də,  hadisə ilə bağlı cinayət işi açıldığı təsdiqlənib. Hazırda istintaq tədbirləri həyata keçirilir.