XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

14 Noyabr 2017 - 13:14

Qarabağda Ermənistan ordusunun 2 əsgəri döyüş postunda yaralanıb –Adlar

İşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb.

Strateq.az Trend-ə istinadən xəbər verir ki, məlumatı ermənilər sosial mediada paylaşıb.

Bildiriib ki, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazisində – Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb:

"Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Onların vəziyyətlərinin orta olduğu bildirilir. İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəbləri qərargah zabitləri tərəfindən araşdırılır".