XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

15 Noyabr 2017 - 13:06

Səttar Mehbalıyev:“Bəzi deputatlar ildə 4-5 dəfə istirahət mərkəzlərinə göndəriş vərəqəsi istəyir”

Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyev bəzi deputatların və məmurların ondan həddən artıq istirahət mərkəzlərinə göndəriş vərəqəsi tələb etməsindən şikayətlənib.
 
APA-nın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən S. Mehbalıyev bildirib ki, bəzi deputatlar ondan hətta ildə 4-5 dəfə vərəqə istəyir.
 
O qeyd edib ki, bunlar arasında digər dövlət qurumlarında olan bəzi məmurlar da var: “Mən onlara izah edə bilmirəm ki, hər adama ildə bir dəfə düşür. Bundan da səmərəli istifadə etmək lazımdır. Amma təəssüf ki, hər il dalbadal məndən bunu tələb edirlər”.