XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2017 - 16:05

Zimbabvedə hərbi çevriliş- Prezident Muqabe həbs olundu

Zimbabve prezidenti Robert Muqabe ev dustaqlığında saxlanılır.
 
APA-nın xəbərinə görə, bu barədə Cənubi Afrika Respublikasının “News24” xəbər portalı yazıb. Məlumatı R. Muqabe özü Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma ilə telefon danışığı zamanı verib.
 
Daha əvvəl mediada prezidentin və mühafizə xidmətinin girov saxlandığı barədə məlumat yayılıb. Həmçinin zirehli texnikanın hərbi hissələrdən paytaxt Harare şəhərin istiqamətində irəlilədiyi bildirilir. Bəzi məlumatlara görə, onlar televiziya mərkəzini tutublar və şəhərdə atəş səsləri eşidilir.
 
Hərbçilər hərbi çevriliş etmədiklərini, bütün bunları cinayətkarlarla mübarizə məqsədilə etdiklərini açıqlayıblar.