XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

16 Noyabr 2017 - 08:53

“KXDR-in nüvə problemi təxirəsalınmaz addımlar tələb edir” –Tramp

Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı vəziyyət təxirəsalınmaz addımlar tələb edir.

Bu sözləri ABŞ prezidenti Donald Tramp Asiya turunun yekunu ilə bağlı Ağ evdə çıxışı zamanı bildirib.

Amerika lideri qeyd edib ki, onun Asiya ölkələrinə səfərinin başlıca səbəblərindən biri dünyanı Şimali Koreya rejimi tərəfindən yaradılan nüvə təhlükəsinə qarşı birləşdirmək olub.

"KXDR tərəfindən təhlükə bir çox Amerika prezidentləri dövründə durmadan artıb və bu da təxirəsalınmaz addımlar atmağı tələb edir", – deyə o, əlavə edib/Report.