XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 09:22

Pezident ev dustağı edildi, əsas rəqibləri paytaxta geri döndü –Ordu rejimi yıxdı

Zimbabvenin sabiq baş naziri Morqan Tsvanqirayi ölkəyə qayıdıb.

Bu barədə “Sky News” xəbər verib.

Hazırkı prezident Robert Muqabenin əsas opponentlərindən biri sayılan Morqan Tsvanqirayi 2009-2013-cü illərdə Zimbabvenin baş naziri olub. Onun oktyabr ayından etibarən müalicə məqsədi ilə Cənubi Afrika Respublikasında olduğu bildirilir.

Ötən gün hərbçilər prezident Rober Muqabenin iqamətgahı və dövlət teleradio şirkətinin binasını ələ keçiriblər. R. Muqabe Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma ilə telefon danışığı zamanı ev dustaqlığında saxlanıldığını deyib. Bundan sonra Muqabenin noyabrda  istefaya göndərdiyi vitse-prezident Emmerson Mnanqaqva paytaxta qayıdıb.

Hərbçilər çevriliş etmədiklərini, cinayətkarlarla mübarizə tədbirləri həyata keçirdiklərini bildiriblər/APA.