XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

16 Noyabr 2017 - 10:30

Prezident İlham Əliyev Abşeronda: icra başçısı hesabat verdi –Açılışlar oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna gedib.

Strateq.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

****

Prezident İlham Əliyev noyabrın 16-da Xırdalan şəhərində Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı prezidentə məlumat verib.

Abşeron Olimpiya İdman Kompleksi ölkədə 42-ci Olimpiya İdman Kompleksidir. Tikinti işləri ən yüksək səviyyədə aparılıb.

Komplekslə tanışlıqdan sonra prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşüb.

Güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.