XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 10:55

Seysmoloji Xidmət Mərkəzinin direktoru:"Həmin ərazidə yenidən güclü zəlzələ təhlükəsi yoxdur”

Zəlzələ baş verən ərazilərdə yeraltı təkanlar davam edir”.

Bunu APA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Q. Yetirmişlinin sözlərinə görə, zəlzələdən sonra həmin ərazidə enerji boşalmaları gedir, ona görə yeraltı təkanların olması normaldır: “Episentrdə 30-dan çox avterşok qeydə alınıb. İlk dəfə baş verən güclü zəlzələdən sonra gecə saatlarında bir dəfə 3 bal gücündə zəlzələ hiss olunub. Digər yeraltı təkanlar zəif olub. Episentrin əvvəlki sakit vəziyyətinə qayıtması üçün enerji boşalmaları davam edəcək. Ancaq həmin ərazidə yenidən güclü zəlzələ təhlükəsi yoxdur”.

Q. Yetirmişli deyib ki, zəlzələ episentrində Seysmoloji Mərkəzin bölməsi yerləşir və ərazidə yoxlamalar həyata keçirilib: “Dağıntılar olmayıb. Ola bilsin keyfiyyətsiz materiallardan tikilmiş evlərdə çatlar yaranıb, amma ciddi dağıntı yoxdur”.

Bu yaxınlarda İranda baş verən zəlzələ ilə dünən Azərbaycan ərazisində baş verən zəlzələ arasında əlaqənin olub-olmadığı barədə suala cavabında Q. Yetirmişli bildirib ki, İranda baş verən güclü zəlzələnin dünənki zəlzələnin baş verməsinə heç bir təsiri olmayıb: “İrandakı zəlzələ Azərbaycandakı zəlzələ ilə geoloji quruluş və tektonik qırılmalar baxımından əlaqəli deyil”.

Qeyd edək ki, noyabrın 15-də saat 23.48-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb.

25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.