XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 12:05

Qadağan edilən informasiyanı internetdə yerləşdirən vəzifəli şəxslər cərimələnəcək –Yeni qanun

Azərbaycanda yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcəklər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir. 

Belə ki, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir/Report.