XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2017 - 12:20

“Transneft” Azərbaycandan neft nəqlini dayandırdı –Zəlzələyə görə...

Ötən gün Dağıstan ərazisində baş verən zəlzələ səbəbindən "Transneft" şirkəti Azərbaycandan neft nəqlini dayandırıb.

"RİA "Novosti" xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi İqor Demin bildirib.

Onun sözlərinə görə, hazırda Bakı-Novorossiysk neft kəmərində tədqiqat işləri aparılır: "Hazırda Bakı-Novorossiysk neft kəmərinin Şirvan hissəsində (Azərbaycan sərhədindən Kaspiysk rayonunadək olan hissə) yoxlama işləri aparılır".

Onun sözlərinə görə, hazırda bütün limanlarda hava şəraiti əlverişlidir, tankerlərin hərəkət qrafikində gecikmə yoxdur/APA.