XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 12:38

“Rusiya Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirir” –Mariya Zaxarova

"Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib:

"Rusiyanın ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinə qarşılıqlı məqbul həll yolu tapmaq üçün yardımı davam edir".

M.Zaxarova Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrın 20-21-də Bakı və Yerevana edəcəyi səfərlər zamanı əsas mövzulardan olacağını da vurğulayıb/Report.