XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

16 Noyabr 2017 - 16:18

Nazarbayev Trampla telefonda danışdı:"Səfərə gedəcəm, ABŞ-a müzakirə etməyə həmişə mövzu var"

"Telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp məni Ağ evə dəvət edib".

Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Astana club”un iclasının bağlanış mərasimində bildirib.

O qeyd edib ki, Qazaxıstan 2018-ci il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək: "Mən də ABŞ-da olacağam. Həmin vaxt Vaşinqtona gedib görüşmək barədə razılaşdıq. ABŞ kimi aparıcı dövlətlə müzakirə etməyə həmişə mövzu var".

N.Nazarbayev deyib ki, Vaşinqton Qazaxıstan iqtisadiyyatına 50 milyard dollar sərmayə qoyub və hazırda ölkəsində 300-dən çox ABŞ şirkəti fəaliyyət göstərir: "Biz gələcəkdə də onlarla əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”. 

Report